Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin göstəriciləri

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64) 23 fevral 2011-ci il tarixindən 14 mart 2011-ci il tarixinədək 998 müraciət daxil olmuşdur.

 

Daxil olmuş müraciətlərin 460 şikayət xarakterli, 326-sı sorğu, 115-i əsassız müraciətlər, 97-si isə aidiyyəti üzrə deyil.

 

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

14/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013