Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

Səhiyyə idarə və müəssisələrinin elektron poçt vasitəsilə informasiya mübadiləsi prosesinin təkmilləşdirilməsi məqsədilə Səhiyyənin

 

İnformasiyalaşdırılması Mərkəzi tərəfindən esehiyye.az internet domenində yeni elektron poçt server quraşdırılıb istifadəyə verilmişdir.

 

Yeni e-poçt xidməti tam Azərbaycan dilinə tərcümə edilib. Xidmətdən istifadə etmək üçün 220 tibb idarə və müəssisəsinə e-poçt ünvanı qeydiyyatdan keçirilmiş, istifadəçi adı, şifrəsi və istifadə qaydaları ilə birlikdə fərdi şəkildə müəssisələrə təqdim edilmişdir.

 

Bununla da tibb müəssisələri Səhiyyə Nazirliyi və bir-biri ilə elektron sənədlərin məlumat mübadiləsini daha da operativ, təhlükəsiz və stabil həyata keçirmək imkanı qazanıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

9/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013