Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında bağlanmış müqaviləyə uyğun olaraq dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində bir sıra sənədlərin layihələrinin hazırlanmasına başlanmışdır.

 

İlkin olaraq “Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən tikinti, yenidənqurma, yenidən planlaşdırma, təkmilləşdirmə və yeni texnika ilə təchiz edilmə layihələrinə rəy verilməsi qaydaları” və “Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən qeyri-yaşayış sahələrində yaradılan müxtəlif təyinatlı obyektlərin fəaliyyətinin razılaşdırılması barədə rəyin verilməsi qaydaları”nın layihələri hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edilmişdir.

 

16/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013