Qəbələ Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 7 iyul 2010-cu il tarixində Qəbələ Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 130 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!