Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanının nəticələri bəlli oldu

 

16.03.2011-ci il tarixində yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə keçirilmiş imtahanda ümumilikdə 49 həkim iştirak etmişdir. İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişlər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 47 nəfər (96%) uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları laboratoriya işi və nefrologiya ixtisasları üzrə 30.03.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

18/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013