Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar davam etməkdədir

Ölkə əhalisinə daha səmərəli və standartlara uyğun qaydada lazımi tibbi yardım göstərmək məqsədilə bir-birinin ardınca açılıb istifadəyə verilən səhiyyə ocaqlarının sayı artmaqda davam edir. Bu gün belə müəssisələrdə bir necəsi açılaraq əhalinin istifadəsinə verilib. Belə ki, günün birinci yarısında 18 saylı şəhər poliklinikasının açılış mərasimi olub. İlkin müayinə üçün standartlara tam cavab bütün avadanlıqlarla təmin olunmuş poliklinika 33 min əhaliyə xidmət edəcək.

 

Analoji mərasim 20 nömrəli şəhər poliklinikasında olub. Burda da yaradılmış şərait 65 min yerli sakinə daha da səmərəli tibbi xidmət göstərmək imkanlarını gücləndirilməsinə imkan verəcək. Əsaslı təmirdən sonra istifadəyə verilən 3 mərtəbəli poliklinikada müayinə üçün lazım olan (rentgen, USM, laborator müayinələr)bütün tibbi avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir.

 

Şirvan şəhərində isə bu gün Mərkəzi Şəhər Xəstəxanasının 255 çarpayılıq 4 mərtəbəli korpusunun açılış mərasimi olmuşdur. Xəstəxana 90 min yerli əhali, həmçinin müraciət edə biləcək ətraf rayonların əhalisinə xidmət edəcək. Xəstəxana standartlara cavab verən bütün tibbi avadanlıq və inventarlarla tam təmin olunmuşdur. Burda dərman, istilik və qida ilə təminat tam qaydada həyata keçirilmiş və əhalinin istifadəsinə buraxılmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013