Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 01-17 mart 2011-ci il tarixlərində Xüsusi rejimli Vergi Departamentində, Vergilər Nazirliyinin Tədris Mərkəzində, Vergilər Departamentində, Vergi Departamentinin bəyannamələrinin qəbulu İdarəsində, Vergilər Nazirliyinin vergi cinayətləri departamentində, Texniki Universitetdə, Vergi Auditi Departamentində, Sumqayıt şəhər Dövlət Universitetində, Ədliyyə Nazirliyinin Hospitalında və Ağcabədi MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Ümumilikdə 999 nəfər qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

 

18/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013