Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Təyinatda iştirak edən həkim-mütəxəssislərin iş yerinə göndərişləri barədə

2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən və təyinatda iştirak edən həkim-mütəxəssislər iş yerinə göndərişləri aşağıda verilən qrafikə uyğun olaraq 28, 29 və 30 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Elektron Səhiyyə xidmətindən əldə edə bilərlər. Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.

Həkim-mütəxəssislər iş yerinə göndərişdə göstərilən müddətdən gec olmayaraq iş yerinə müraciət etməlidirlər.

Tarix və vaxt  İxtisas

28 noyabr 2016-cı il

saat 10:00-dan 16:00-dək

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Neyrocərrahiyyə

Ürək-damar cərrahiyyəsi

Uşaq cərrahiyyəsi

Otorinolarinqologiya

Travmatologiya-ortopediya

Onkologiya

Urologiya

Oftalmologiya

Mamalıq-ginekologiya

Psixiatriya

29 noyabr 2016-cı il

saat 10:00-dan 16:00-dək

Nevrologiya

Terapiya

Kardiologiya

Nefrologiya

Qastroenterologiya

Hematologiya

Dermatovenerologiya

İmmunologiya

Allerqologiya

Yoluxucu xəstəliklər

Endokrinologiya

Narkologiya

30 noyabr 2016-cı il

saat 10:00-dan 16:00-dək

Fizioterapiya və tibbi bərpa

Ftiziatriya

Pediatriya

Şüa diaqnostikası

Stomatologiya

Üz-çənə cərrahiyyəsi

Sosial gigiyena və səhiyyənin təşkili

Gigiyena

Mikrobiologiya

Laboratoriya işi

Genetika

Epidemiologiya

 

 

21/11/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..