Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nefrologiya və laboratoriya işi ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanının nəticələri bəlli oldu

 

30.03.2011-ci il tarixində nefrologiya və laboratoriya işi ixtisasları üzrə keçirilmiş imtahanda ümumilikdə 45 həkim iştirak etmişdir. İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişlər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 42 nəfər (93%) uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları otorinolarinqologiya və allerqologiya ixtisasları üzrə 06.04.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

1/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013