Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsu qəbul etmişdir

Səhiyyə Naziri Oqtay Şirəliyev Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsu qəbul etmişdir

Bu gün Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev Gürcüstanın birinci xanımı Qlobal Əməkdaşlıq Fondunun Vərəm üzrə səfiri Sandra Elizabet Rulofsu qəbul etmişdir.

 

Nazir ölkə başçısının səhiyyə sektoruna olan diqqət və qayğısı nəticəsində son illər səhiyyədə görülən işlər, aparılan islahatlar nəticəsində əldə olunan nailiyyətlər, qoyulan investisiyaların artması sayəsində yeni açılıb istifadəyə verilən tibb müəssisələri, habelə səhiyyə sahəsində icra olunan dövlət proqramları haqqında danışdı.

 

O.Şirəliyev son illər ərzində ölkədə vərəmlə mübarizə sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirdi. Nazir ÜST-nın tövsiyələrinə uyğun olaraq DOTS proqramının müvəffəqiyyətlə həyata keçirildiyini, regionlarda DOT kabinetlərinin fəaliyyət göstərdiyini və görülən işlərin nəticəsi kimi bu sahədə vəziyyətin kifayət qədər yaxşılaşdığını vurğuladı.

 

Xoş qarşılanmaya görə öz minnətdarlığını bildirən qonaq Gürcüstanın səhiyyə sahəsində aparılan işlərdən və mövcud problemlər haqda məlumat verdi.

 

 

Mətbuat xidmətinin məlumatı

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013