Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

REZİDENTLƏRİN NƏZƏRİNƏ

2017-ci ilin may ayında Azərbaycan Tibb Universiteti Rezidentlərinin 5-cİ Elmi-Təcrübi Konfransının keçirilməsi nəzərdə tutulmuşdur. Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.

 

Konfransın təşkilat komitəsi Azərbaycan Tibb Universitetinin rezidentləri ilə yanaşı digər klinik bazaların rezidentlərini konfransda iştirak etməyə, topluda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etməyə dəvət edir.

 

Tezislər aşağıdakı qaydalara əməl etməklə tərtib edilməlidir:

 • 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla);

 • Times New Roman 14 (AZ) şriftində;

 • Azərbaycan, rus və ya ingilis dilllərində;

 • Tezisin bəndləri və onların ardıcıllığı:

  o tezisin başlığı;

  o tezisin müəllifləri, işin rəhbəri;

  o tezis müəlliflərinin çalışdığı müəssisə;

  o açar sözlər;

  o giriş;

  o tədqiqatın məqsədi;

  o material və metodlar;

  o nəticələr (bu bölmədə ½ səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər);

  o müzakirə.

 

Tezislər konfransın katibliyinə birbaşa təqdim olunmalıdır.

Tezislər (çap olunmuş və elektron variantda) 01.04.2017-ci il tarixinə qədər, saat 08:30-16:30 arasında, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının 6-cı mərtəbəsində III pediatriya şöbəsində qəbul edilir. Müəlliflərdən telefon nömrələrini təqdim etmələri xahiş olunur. Məsul şəxs dosent Ələkbər Həsənovdur. Əlaqə nömrələri: mobil 050 433 45 95; iş 012 441 33 18 (daxili nömrə 203; 324).

9/03/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..