Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikasının nümayəndə heyətini qəbul etmişdir

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev 5-9 aprel 2011-ci il tarixlərində ölkəmizdə səfərdə olan İtaliya Respublikasınin nümayəndə heyətini qəbul etmişdir. Görüş 11 noyabr 2010-ci il tarixində Romada imzalanmış Səhiyyə və tibb elmi sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində təşkil olunmuşdur. Görüşdə Italiya milli Hematologiya İnstitutunun və Milan Milli Onkologiya institutunun rəhbərləri, İtaliya Səhiyyə nazirliyinin məsul şəxsləri eləcədə İtaliya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Mario Baldi də iştirak edirdi.

 

Qonaqları səmimi salamlayan nazir O.Şirəliyev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və onun inkişaf etdirilməsindən danışdı.

 

Nazir ölkə başçısının diqqət və qayğısı nəticəsində son bir neçə ildə səhiyyəyə ayrılan vəsaitin dəfələrlə artması, 300-dən artıq səhiyyə müəssisələri tikilərək ən son tibbi texnologiyalarla təmin olunması haqda qonaqları məlumatlandırdı. O. Şirəliyev səhiyyə islahatları çərçivəsində bu gün tam peşəkar tibbi kadrların hazırlanmasına böyük önəm verildiyini və bu məqsədlə də qəbul olunmuş xüsusi Dövlət proqramı çərçivəsində azərbaycanlı tibb mütəxəssislərinin müxtəlif ölkələrə təkmilləşmə kurslarına göndərildiyini vurğuladı. İtaliya Respublikasında onkoloji, irsi qan xəstəliklərin müalicəsinin çox inkişaf etdiyini deyən nazir gələcəkdə bu sahələrdə İtaliya ilə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu nəzərə çatdırdı.

 

Səmimi qarşılanmaya görə öz minnətdarlıqlarını bildirən qarşı tərəf ölkələrimiz arasındakı münasibətlərə çox böyük önəm verdiklərini və əməkdaşlığın daimi və axarlı olması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikasının nümayəndə heyətini qəbul etmişdir

6/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013