Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Otorinolarinqologiya və allerqologiya ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanının nəticələri bəlli oldu

 

06.04.2011-ci il tarixində otorinolarinqologiya və allerqologiya ixtisasları üzrə keçirilmiş imtahanda 36 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişlər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin hər biri (100%) uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları epidemiologiya və terapiya ixtisasları üzrə 13.04.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

8/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013