Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mahaçqalada Ümumrusiya “Gənc Alimlərin “Birlik” Elm-Təhsil Forumu” keçiriləcəkdir

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin dəstəyi ilə Dağıstan Dövlət Tibb Akademiyası Mahaçqala şəhərində 28 mart 2017-ci il tarixində “Gənc Alimlərin “Birlik” Elm-Təhsil Forumu”nu keçirir. Forumda eyni zamanda “Gənc alim və tələbələrin 65-ci Ümumrusiya yubiley elmi-praktik konfransı” və “Gənclərin eimi-tədqiqat işlərinin beynəlxalq müsabiqəsi” keçiriləcəkdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Dağıstan Dövlət Tibb Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinin şərtlərinə görə institutumuzun gənc alimləri və rezidentləri də bu müsabiqə və konfransda iştirak edə bilərlər. Maraqlananlar Ə.Əliyev adına ADHTİ-nun Cənc alim və mütəxəssislər şurasına və ya Rezidentura şöbəsinə müraciət etsinlər. Sənədlərin qəbulu 01 mart 2017-ci il tarixində başa çatır.

28/02/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..