Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə daxil olmuş müraciətlər əsasında araşdırmalar aparılmış və onların nəticələri təhlil edilmişdir

Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə (565 12 64) 23 fevral 2011-ci il tarixindən 5 aprel 2011-ci il tarixinədək 1899 müraciət daxil olmuşdur. Daxil olmuş bütün müraciətlər əsasında araşdırmalar aparılmış və onların nəticələri təhlil edilmişdir.

 

“Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərin 590-ı şikayət xarakterli müraciətlərdi, 629-u – sorğu xarakterli, 470-i əsassız müraciətlər, 210-u isə aidiyyəti üzrə deyil. Şikayət xarakterli müraciətlər əsasən dərman təminatı, hospitalizasiya, müayinə və müalicə məsələləri ilə bağlıdır.

 

Xüsusi araşdırma tələb etməyən müxtəlif xarakterli cari məsələlər Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin əməkdaşları, nazirliyin tibb müəssisələrinə təhkim olunmuş nümayəndələri və tibb müəssisələrinin rəhbərləri tərəfindən operativ olaraq yerindəcə həll edilmiş və müvafiq tədbirlər görülmüşdür, tibbi yardımla bağlı bütün müraciətlər xüsusi ciddiliklə araşdırılmışdır.

 

Ümumiyyətlə, aparılan araşdırmaların nəticələrinə əsasən xəstələrə tibbi yardımın təşkilində və göstərilməsində yol verdikləri nöqsanlara, şikayətlərin yaranması üçün zəmin yaratdıqlarına, xəstələr və onların yaxınları ilə rəftar zamanı etik normaları pozduqlarına görə tibb işçiləri barədə inzibati tənbeh tədbirləri görülmüşdür. Belə ki, 4 nəfər tutduğu vəzifədən azad edilmiş, 16 nəfərə şiddətli töhmət, 20 nəfərə töhmət elan edilmiş, 26 nəfərə isə yazılı və şifahi xəbərdarlıq edilmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

12/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013