Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İmmunlaşdırılma haqqında məlumatların idarə olunmasına dair simpozium keçirilmişdir

4-8 aprel 2011- ci il Kişinyov şəhərində “İmmunlaşdırılma haqqında məlumatlarının idarə edilməsi və monitorinqinin keyfiyyətinin qiymətləndirilməsi” üzrə regional simpozium keçirilmişdir. Simpozium Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə nəzarət və qarşısının alınması üçün mərkəzi, UNİCEF, Səhiyyədə uyğun texnologiya proqramı ilə əməkdaşlıq çərçivəsində ÜST regional ofisi tərəfindən həyata keçirilmişdir. Tədbirdə Azərbaycanlı nümayəndələr də daxil olmaqla 13 ölkənin təmsilçiləri və adları yuxarıda çəkilən təşkilatların mütəxəssisləri iştirak etmişdilər.

 

Simpoziumun keçirilməsində əsas məqsəd məlumatın keyfiyyətinə nəzarəti məqsədlərinə diqqət yönəltmək, məlumat keyfiyyətinin özünü qiymətləndirmə alətini gözdən keçirmək, immunlaşdırılma haqqında məlumatların keyfiyyətinin qiymətləndirməsinin praktikasını və qiymətləndirmə nəticələri məlumatlarının istifadəsinin analizini aparmaq, immunlaşdırılma haqqında məlumatların idarə edilməsi və monitorinqini inkişaf etdirmək üçün dövlətlər arasında ən yaxşı təcrübələrin paylaşılması olub.

 

İmmunlaşdırılma haqqında məlumatların qiymətləndirməsi və keyfiyyətinə nəzarət Milli İmmunlaşdırılma Proqramlarının daha yaxşı idarə edilməsinə kömək edəcək. ÜST Regional Ofisi İmmunlaşdırılma haqqında məlumatların keyfiyyətinin qiymətləndirmək və nəzarət etmək üçün MKÖQ - Məlumatların keyfiyyətinin özünü qiymətləndirmə alətinin istifadəsində ölkələrə texniki dəstəyi təmin etməyə davam edəcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

13/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013