Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Terapiya və epidemiologiya ixtisasları üzrə keçirilmiş test imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.

 

13.04.2011-ci il tarixində terapiya və epidemiologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 109 həkim iştirak etmişdir. İştirakçılardan 7 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişlər. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 106 nəfər (97%) uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları travmatologiya, narkologiya və genetika ixtisasları üzrə 20.04.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

15/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013