Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Özəl tibb müəssisələrdə reydlər aparılıb

Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Özəl tibb müəssisələrdə reydlər aparılıb

Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Özəl tibb fəaliyyəti ilə məşğul olan bir neçə müəssisədə reydlər keçirilib. Reydlər zamanı bu müəssisələrdə bir sıra qanunsuzluqlar aşkar edilmişdir. Belə ki, tibb müəssisələrinin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmələri, həmin müəssisələrin laboratoriyalarında müxtəlif növ analizlərdə istifadə olunan reaktivlərin əksəriyyətinin son istifadə müddətinin bitdiyi, istifadə olunan tibbi avadanlıq və cihazların müvafiq standartlara cavab vermələri barədə, habelə onların respublikaya idxalına dair müvafiq sənədin olmaması kimi faktlar aşkarlanmışdır.

 

Mütəxəssislərinin verdiyi açıqlamaya görə tibb müəssisələrində istifadə müddəti bitmiş reaktivlərlə aparılan analizlərin cavablarının dəqiqliyi şübhə doğurur. Bu da öz növbəsində xəstəlik diaqnozunun düzgün qoyulmasına və aparılan müalicənin səmərəsiz olmasına hətta ağır fəsadlara gətirib çıxarmasına səbəb ola bilər. Həmçinin bu analizlərin aparıldığı avadanlıqların və cihazların vaxtlı-vaxtında kalibrlənməsi barədə müvafiq sənədlərin olmaması da həmin müəssisələrin fəaliyyətlərinin ciddi nöqsanlarla aparılmasından xəbər verir.

 

Həmin klinikaların qeyri-qanuni fəaliyyətləri dayandırılmış, aşkarlanmış reaktivlər müsadirə edilərək inzibati xətalar məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilmişdir.

 

Mətbuat xidmətinin məlumatı

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013