Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 15 aprel 2011-ci il tarixində Zaqatala Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 172 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

19/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013