Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcəkdir

2005-ci ilin oktyabrında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu və regionun bir sıra üzv dövlətləri birinci Avropa İmmunlaşdırma Həftəsini (AİH) keçirdilər. Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünün məqsədi, peyvəndlərlə qarşısı alınan xəstəliklərdən hər bir uşağın qorunmaq hüququ olması barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. 2011-ci ildə bu təşəbbüsə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunun üzvü olan 52 dövlət qoşulmuşdur, bu da 2005 ildən ən yüksək iştirak səviyyəsidi. 2011 ildə Avropa İmmunlaşdırma Həftəsinin əsas mövzusu: “Ümumi təhlükələrə qarşı birgə cəvab”.

 

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsünə Azərbaycan ilk dəfə 2007-ci ildə qoşuldu. 2011-cu ildə İmmunlaşdırma Həftəsi 25- 30 aprel tarixlərində keçiriləcəkdir. Azərbaycandakı immunlaşdırma həftəsinin əsas məqsədləri aşağıdakılardır:

 

1.Poliomielitdən azad ərazi statusunun saxlanması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyəsinin yüksəldilməsi.

 

2.Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması.

 

3.Minilliyin İnkişaf Məqsədlərinə çatmaq naminə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (aradan qaldırılması) ilə əlaqədər bu xəstəlikər üzərində nəzarətin gücləndirilməsi.

 

İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir yerli tibbi müəssisə tərəfindən təmin ediləcəkdir.

 

İmmunlaşdırma həftəsi çərçivəsində Xaçmaz, Guba, Gusar rayonlarında 5 yaşa dək uşaqlar arasında poliomielitə qarşı əlavə immunlaşdırma turları keçiriləcək (1-ci tur 25-30 aprel, 2-ci tur 23-28 may 2011 ci il). Bundan əlavə Gəncə, Bərdə, Kürdəmir, Sabirabad, Şəki, Quba, Lənkaran da ətrafyanı şəhərlər/rayonlar cəlb olmaqla poliomielit, qızılca və məxmərək xəstəlikləri üzərində epidemiolojı nəzarətin gücləndirilməsi mövzusunda 2 günlük seminar məşğələlər (25 aprel -25 may 2011 ci il) təşkil ediləcək.

 

Əlaqə nömrələri:

 

Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi – 520 08 92

Dr. Emin Babayev - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri

 

Ümumdünya Səhiyyə Təşkilatı - 498-9888 (159); (050) 323 14 14

Kontakt şəxs - Vüsalə Allahverdiyeva

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

22/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013