Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.

 

20.04.2011-ci il tarixində travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 39 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 34 nəfər (87%) uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə 04.05.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

22/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013