Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 22-23 aprel 2011-ci il tarixində Polis Akademiyasında və “Azəryolservis” ASC-də könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Polis Akademiyasında 51 nəfər, “Azəryolservis” ASC-də isə 54 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!