Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

IV Islam Həmrəyliyi Oyunlarına hazırlıqlar davam edir

2017-ci ilin may ayının 12-dən 22-dək  Azərbaycanda keçiriləcək IV Islam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi  tərəfindən hazırlıq işləri davam edir. Görülən işlər sırasına aşağıdakılar da daxil edilib:  

 

-              İştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini  təmin etmək,  və bu müddət ərzində yarana biləcək hər hansı bir halı operativ həll etmək  məqsədi ilə Səhiyyə Nazirliyində  24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah  yaradılmışdır

-              Oyunlar zamanı Bakıya gələcək qonaqlar  üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanmış və IV Islam Həmrəyliyi  Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilmişdir.

-              Oyunlar zamanı istər idmançılar və ölkəyə gəlmiş  qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyətin  göstərilməsi üçün zəruri şərait yaradılmışdır.  

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

4/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..