Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəmkir Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 20-22 aprel 2011-ci il tarixində Şəmkir Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar zamanı 662 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

25/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013