XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan, Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü tamam olur
Bu gün, aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan, Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü tamam olur.
Bu münasibətlə Səhiyyə Nazirliyinin kollektivi Fəxri Xiyabanı gələrək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar. Ümummilli lider Heydər Əliyevin xatirəsi də anılmış, məzarı önünə gül dəstələri düzülmüşdür.