Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb müəssisələrində Nümunəvi Tibbi-İnformasiya Sisteminin tətbiqi davam etdirilir

Səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən Nümunəvi Tibbi-İnformasiya Sisteminin (NTİS) tətbiqi davam etdirilir. Sistemin növbəti tətbiqi M.Topçubaşov adına Elmi – CərrahiyyəMərkəzində başlanmışdır.

 

Beləki Elmi – Cərrahiyyə Mərkəzində daxili mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılmışdır, 40 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulmuş və hər birinə NTİS–in proqram təminatı yazılmışdır.

 

Müxtəlif profilli cərrahi əməliyyatların aparılması ilə məşğul olan bu mərkəzdə xəstələrə göstərilən bütün növ tibbi xidmətlərin, onların müalicə və müayinə nəticələrinin, cərrahi əməliyyatlarının sistemə daxil edilməsi üçün lazımi şərait yaradılmış, hesabat və statistik formalar sistemə daxil edilmiş və istənilən vaxtda çap edilərək sistemdən çıxarılması təmin edilmişdir.

 

Burada NTİS-nin fəaliyyətini təmin etmək üçün tələb olan serverlər, əməliyyat sistemləri və müxtəlif servislər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin və Akgün Yazılım şirkətinin mütəxəssisləri tərəfindən qurulmuşdur.

 

09 aprel 2011–ci il tarixindən etibarən Elmi – Cərrahlıq Mərkəzində “Nümunəvi Tibbi İnformasiya Sistemi”nin proqram təminatının modulları üzrə təlimlərin keçirilməsinə başlanmışdır. Öncədən tərtib olunmuş təlim qrafikinə əsasən təlimlərdə 252 nəfər həkim və orta tibb işçiləri iştirak edir. Bu təlimlər sistemin Xəstə qeydiyyat/qəbul modulu – (Amblulator Qəbul modulu), Poliklinika modulu, Xəstənin xəstəxanada yatması, yatan xəstəyə nəzarət edilməsi və xəstənin çıxış əməliyyatları modulu (Stasionar Qəbul Modulu), Tibb bacısı nəzarəti və təşəbbüs modulu (Servis Modulu), Laboratoriya modulu, Əczanə modulu, Şəxsi heyət modulu (İşçi modulu), Şəxsi iş və arxiv modulu (Arxiv Modulu), Tibbi Mərkəz modulu (İdarəetmə modulu) , Radiologiya, Statistika və Maaş modulları üzrə ayrı – ayrı şəxsi heyətə keçiriləcəkdir. Artıq poliklinik qəbul şöbəsinin tibb qeydiyyatlıları, tibb bacıları və həkim heyətinə müvafiq modullar üzrə təlimlər verilmişdir. 23 aprel 2011–ci il tarixindən etibarən isə stasionar şöbələrin tibb personalına təlimlər keçirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

2/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013