Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64) aprel ayı ərzində 1292 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 572-si şikayət xarakterli müraciətlərdi, 407-si – sorğu xarakterli, 75-i isə aidiyyəti üzrə deyil.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.