Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində könüllü qanvermə aksiyası keçirilmişdir
Bakı Baş Səhiyyə İdarəsinin və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 03.05.2011-ci il tarixində N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 172 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!