Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ELAN

ELAN

 

2017/2018-Cİ TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!

 

2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”lərinin istifadəçi adını, namizədin elektron ərizələrinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 18.07.2017-ci il tarixindən 24.07.2017-ci il tarixinədək (şənbə və bazar günləri istisna olmaqla) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçməlidirlər.

 

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

 

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

  • Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri –  qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
  • baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu,
    • xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
    • xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

 

Qeydiyyatdan keçmə (ixtisaslar üzrə) bu qrafik üzrə aparılacaqdır.

 

Qeydiyyatdan keçmənin səmərəli təşkili üçün rezidenturaya qəbul olmuş şəxslərdən qəbul olduqları ixtisasa ayrılmış gündə və saatda müraciət etmələri xahiş olunur.

 

Ünvan: Akad. M.Mirqasımov küç. 1A

 

Qeydiyyatdan keçmənin qrafiki (ixtisaslar üzrə)

 

Tarix və saat

İxtisas

 

18 iyul 2017

 

10.00-13:30

Ürək-damar cərrahiyyəsi 

10.00-13:30

Anesteziologiya-reanimatologiya

13.30-16:00

Ümumi cərrahiyyə

19 iyul 2017

 

10.00-12:00

Mamalıq-ginekologiya

12.00-13:00

Travmatologiya-ortopediya

13.00-16:00

Pediatriya

13.00-16:00

Uşaq  cərrahiyyəsi

13.00-16:00

Onkologiya

20 iyul 2017

 

10.00-12:00

Terapiya

12.00-14:30

Şüa diaqnostikası

14:30-16:00

 

Laboratoriya işi

14:30-16:00

 

Dermatovenerologiya

21 iyul 2017

 

 

10.00-11:00

Psixiatriya

11.00-12:00

Stomatologiya

11.00-12:00

Sosial gigiyena və səhiyyənin təşkili

12:00-13:00

 

Mikrobiologiya

12:00-13:00

 

Allerqologiya

13:00-15:00

Nevrologiya

13:00-15:00

Neyrocərrahiyyə

15:00-16:00

Kardiologiya

15:00-16:00

Nefrologiya

24 iyul 2017

 

10.00-11:00

Oftalmologiya

10.00-11:00

Gigiyena

10.00-11:00

Qastroenterologiya

11.00-12:00

Ftiziatriya

11.00-12:00

Fizioterapiya və tibbi bərpa

12.00-13:00

Yoluxucu  xəstəliklər

12.00-13:00

Üz-çənə cərrahiyyəsi

13.00-14:00

Epidemiologiya

13.00-14:00

Otorinolarinqologiya

13.00-14:00

Endokrinologiya

14.00-15:00

Hematologiya

14.00-15:00

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

15.00-16:00

Urologiya

15.00-16:00

Narkologiya

15.00-16:00

Revmatologiya

15.00-16:00

İmmunologiya

15.00-16:00

Plastik cərrahiyyə

 

 

17/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..