Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elan

2017/2018-Ci TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA BOŞ QALAN YERLƏRƏ QƏBUL OLANLARIN NƏZƏRİNƏ!

2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”lərinin istifadəçi adını, namizədin elektron ərizələrinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 2-3 avqust 2017-ci il tarixlərində saat 10:00-dan 13:00-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçməlidirlər.

 

Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

 

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

 

  • Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
  • baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu,
  • xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

<

 

 

 

 

                                                                              Ünvan: Akad. M.Mirqasımov küç. 1A

1/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..