Tibb işçilərinin biliklərinin artırılması istiqamətində işlər davam etdirilir
Tibb işçilərinin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xətti ilə Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində dövlət tibb müəssisələrində çalışan tibb bacıları Ankaranın qabaqcıl klinikalarında təkmilləşdirmə kursları keçirlər.
Bir aylıq təkmilləşmə kurslarında Bakı, Abşeron, İsmayıllı, Qax, Şəki, Ağdaş və Sabirabada fəaliyyət göstərən tibb müəssisələrində çalışan 37 tibb bacısı iştirak edir.