Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.

 

11.05.2011-ci il tarixində anesteziologiya-reanimatologiya və mama-ginekologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 73 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 72 nəfər (99%) uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları urologiya, hematologiya və pediatriya ixtisasları üzrə 18.05.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

13/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013