Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqres keçiriləcək

13-15 may 2011-ci il tarixində Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

 

Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

 

Tədbirdə 25-dən artıq ölkənin kardioloq və kardio-cərrahları iştirak edəcək. Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonunda canlı yayımlanacaq. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək.

 

Konqresin rəsmi açılış mərasimi 13 may 2011-ci il tarixdə, saat 11.00-də “Gülüstan” sarayında baş tutacaq.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

12/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013