Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

11 may - 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik fəaliyyətin Başlanması

2 mart 2010-cu il tarixində dünya ölkələrinin hökumətləri qarşıdakı onillik ərzində yol hərəkəti təhlükəsizliyi sahəsindəki böhranın həlli üzrə fəaliyyətin genişləndirilməsinə dair tarixi qərar qəbul etmişlər. BMT Baş Assambleyasının 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyəti bəyan edən qətnaməsi (A/64/255) Rusiya Federasiyası Hökuməti tərəfindən təqdim edilmiş və 90-dan çox ölkə tərəfindən dəstəklənmişdir. 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət bütün dünyada nəqliyyatın hərəkəti ilə bağlı artmaqda olan ölüm və xəsarət hallarının qarşısını almaqla, insan həyatını xilas etmək məqsədi daşıyır.

 

Həmin ölkələr onillik ərzində beynəlxalq birliyin dəstəyi ilə, əsas risk faktorları: sürət həddi, sərxoş halda idarəetmənin azaldılması və təhlükəsizlik kəmərlərindən istifadənin, uşaqlar üçün təhlükəsizlik vasitələrindən və motosikletlərdə şlemlərdən istifadənin gücləndirilməsinə dair qanunvericiliyin işlənib hazırlanması və tətbiqi kimi sahələrdə tədbirlər həyata keçirməyi öhdəyə götürürlər. Təcili travmatoloji xidmət, hərəkətin və nəqliyyatın təhlükəsizliyi standartlarının mükəmməlləşdirilməsi, yol hərəkəti təhlükəsizliyinə dair təlimin stimullaşdırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin idarə olunmasının gücləndirilməsi sahəsində də cəhdlər ediləcək.

 

Hesablamalara görə, hər il dünyada avtomobil qəzaları nəticəsində 1,3 milyondan çox insan həyatını itirir; ÜST-ün Avropa Regionunda 120000 insan avtomobil qəzaları nəticəsində həlak olur və 2 milyondan çox insan xəsarət alır və əmək qabiliyyətini itirir (bəzən həmişəlik) ki, bu da ümumilikdə milli səhiyyə sistemlərinin və təşkilatlarının üzərinə böyük yük qoyur.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi artıq, 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət üçün Azərbaycanda bu mühüm təşəbbüsün həyata keçirilməsi ilə bağlı fəaliyyətləri əlaqələndirəcək Milli Koordinatoru təyin etmişdir. O, həmçinin çox-sahəli Milli Tədbirlər Planının işlənib hazırlanmasının əlaqələndirilməsinə də cavabdehlik daşıyacaq.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ÜST-ün Ölkə üzrə Nümayəndəliyi və digər tərəfdaşlarla əməkdaşlıq əsasında Azərbaycanda 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyətə təkan verəcək mühüm tədbiri, eləcə də, bir sıra kommunikasiya fəaliyyətlərini təşkil etməkdədir.

 

Daha geniş məlumat almaq üçün əlaqə nömrəsi:

 

Samir Mehdiyev, ÜST-ün Azərbaycandakı Nümayəndəliyi

Telefon: (012) 498 9888, daxili nömrə: 127

E-poçt: MSA@euro.who.int

10/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013