Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“2-ci Bakı Ürək Günləri” Beynəlxalq konqresi öz işinə başlamışdır

Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “2-ci Bakı Ürək Günləri” Beynəlxalq konqresi öz işinə başlamışdır. Tədbirin açılışında Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxumuşdur.

 

Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

 

Yerli mütəxəssislərə yanaşı 25 ölkədən kardioloq və kardio-cərrahlarının iştirakı ilə keçirilən tədbirdə kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonunda canlı yayımlanacaq.

 

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir mayın 15-dək davam edəcəkdir.

 

Mətbuat xidmətinin məlumatı

 

“2-ci Bakı Ürək Günləri” Beynəlxalq konqresi öz işinə başlamışdır

13/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013