Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması davam etdirilir

 

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Belorus Respublikasının Ana və Uşaq Mərkəzinin 4 nəfərdən ibarət tanınmış professor və müəllim heyəti tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir.

 

Ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara respublikada fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan 150 həkim müdavim cəlb olunub.

 

16-26 may 2011-ci il tarixlərində təşkil olunan kurslar Respublika Perinatal Mərkəzin bazasında keçirilir.

 

Mətbuat xidmətinin məlumatı

16/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013