Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bərdə Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur

Ölkə səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Bu gün 01.06.2011-ci il tarixində Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Bərdə MRX-nın acılışı olmuşdur.

 

111 yeni binada olmaqla ümumilikdə xəstəxana 221 çarpayılıqdır. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxana 7 şöbədən ibarətdir ki, bunun da əsasını cərrahiyyə, travmatologiya, reanimasiya və intensiv terapiya, endokrinoloqiya, kardiologiya və doğum şöbəsi təşkil edir. 200 mindən artıq yerli əhali və orada məskunlaşmış qaçqın və məcburi köçkünlərə daha da səmərəli tibbi xidmətlə təmin etmək məqsədi ilə xəstəxanada istilik və qida sistemi də yüksək səviyyədə təşkil olunmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

1/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013