Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iki şöbənin əsaslı təmirdən sonra açılışı olub

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Oftalmologiya şöbəsinin, Respublika elmi-praktik Hemofiliya Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.

 

Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş 30 çarpayılıq Oftalmologiya şöbəsi müxtəlif göz xəstəliklərinin müayinəsi ilə yanaşı bütün növ göz əməliyyatlarının keçirilməsinə də imkan verəcək.

 

40 çarpayılıq Hematologiya şöbəsində isə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş qanköçürmə, əməliyyat və sarğı otaqları habelə xüsusi laboratoriya fəaliyyət göstərir. Şöbənin bazasında Respublika Hemofiliya Mərkəzi və Ə.Əliyev adına Həkimlərin təkmilləşdirmə İnstitutunun Hematologiya və Transfuziologiya kafedrası yerləşir.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

1/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013