Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.
01.06.2011-ci il tarixində stomatologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 99 həkim iştirak etmişdir. 1 həkim 100 bal toplamaqla ümumilikdə həkimlərdən 88 nəfəri uğurlu nəticələr əldə etmişdir.
Qeyd edək ki, sertifikasiya prosesinə dair 2011-ci il may ayı ərzində 9 ixtisas üzrə test imtahanları keçirilmişdir. İmtahanlarda ümumilikdə 282 həkim iştirak etmişdir. İştirakçılardan 9 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdirlər. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 268 nəfər (95%) uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları məhkəmə-tibbi ekspertiza və endokrinologiya ixtisasları üzrə 08.06.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
2/06/2011