Elan! M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-rezidentlər üçün mühazirə və kurslar keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elan! M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-rezidentlər üçün mühazirə və kurslar keçirilir

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə, mamalıq-ginekologiya və urologiya ixtisasları üzrə təhsil alan həkim-rezidentlər üçün ümumi və laparoskopik cərrahiyyə üzrə silsilə interaktiv mühazirələr və kurslar keçirilir.

 

Mühazirələrdə iştirak etmək üçün gurbanmuslumov.com/leksiyalar/ linki, kurslarda iştirak etmək üçün isə https://bit.ly/fevralkurslari linki vasitəsi ilə qeydiyyatdan keçmək lazımdır.

 

Kurslar barədə məlumatı bu keçiddən  əldə edə bilərsiniz.

Mühazirələr barədə məlumat aşağıdakı cədvəldə verilmişdir. Mühazirəçi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, professor Qurbanxan Müslümovdur.

 

Tarix və vaxt

Mühazirənin mövzusu

  1.  

02.03.2018

saat 15.00

Açıq və laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma texnikaları

      2. 

30.03.2018

saat 15.00

Açıq və laparoksopik cərrahiyyədə erqonomika prinsipləri: uğurlu cərrah olmaq üçün nələri bilməmiz gərəkdir?

      3.

27.04.2018

saat 15.00

Laparoskopik pankreas cərrahiyyəsi: texnika, standartlar və göstərişlər

      4. 

25.05.2018

saat 15.00

Laparoskopik cərrahiyyənin dünəni, bu günü və sabahı

      5.

22.06.2018

saat 15.00

Qarın boşluğu orqanlarının laparoskopik cərrahi anatomiyası

      6.

28.09.2018

saat 15.00

Laparoskopik cərrahiyyədə istifadə edilən alətlər və avadanlıqlar, onlardan istifadə qaydaları

      7.

28.10.2018

saat 15.00

Açıq və laparoskopik cərrahiyyədə istifadə edilən tikiş texnikaları 

      8.

26.11.2018

saat 15.00

Laparoskopik cərrahiyyədə giriş texnikaları və pnevmoperitoneum

      9.

30.12.2018

saat 15.00

Açıq və laparoskopik cərrahiyyədə istifadə edilən müasir anastomoz texnikaları

13/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..