Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.
08.06.2011-ci il tarixində məhkəmə-tibbi ekspertiza və endokrinologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 50 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin hər biri (100%) uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanı laboratoriya işi ixtisası üzrə 22.06.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
9/06/2011