Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dr. Toby Long tərəfindən “Autizm spektr pozuntuları” və “Uşaqlarda inkişafın ləngimələri” mövzularında mühazirələr keçiriləcək

ABŞ-ın Bakıdakı səfirliyi və Bakı Dövlət Universiteti "Autizm Spektr Pozuntuları" və "Uşaqlarda inkişafın ləngimələri" mövzularında ictimai məruzələrə qatılmağa dəvət edir. Məruzələr əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət üzrə beynəlxalq səviyyədə tanınmış spiker və məsləhətçi Georgetown Universitetinin professoru Dr. Toby Long tərəfindən həyata keçirilir.

Aşağıdakı ictimai məruzələr Bakı Dövlət Universitetində (1 korpus, 900 auditoriya) təqdim olunacaqdır:

1. Autizm spektr pozuntuları (etiologiya, diaqnostik meyarlar, müayinə və diaqnoz, dəlillərə əsaslanan təcrübələr) - 1 mart 2018-ci il tarixində saat 10:00-13:00-da;

2. Uşaqlarda inkişafın ləngimələri (İnkişaf ləngiməsi olan uşaqların tələbatlarının müəyyən olunması, davranış pozuntuları, əqli gerilik və inkişaf ləngiməsi, kiçik yaşlı uşaqların zehni sağlamlığı, hiperaktivlik və diqqət yayqınlığı) - 6 mart 2018-ci il tarixində saat 10:00-13:00-da.

Mühazirələr ingilis dilində olacaqdır, Azərbaycan dilinə tərcümə təşkil olunacaqdır.

Mühazirələr pulsuz və ictimaiyyətə açıqdır.

Aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçmək tələb olunur: https://goo.gl/forms/QNbZcd13jnPS6sNt2

26/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..