Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2016/2017-ci tədris ilində rezidenturanı bitirmiş həkim-mütəxəssislərin nəzərinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 may tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.8-ci bəndinə əsasən diplomda məzunun soyadı, adı və atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.

 

2016/2017-ci tədris ilində rezidentura təhsilini bitirmiş həkim-rezidentlər soyadları dəyişdirildiyi halda, müvafiq sənədi Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinə təqdim etməlidirlər.

26/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..