Səhiyyə nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64) 23.02.2011-ci il tarixindən 01.06.2011-ci il tarixinədək 3 779 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 1718-i şikayət, 1139-u – sorğu xarakterli müraciətlərdi, 205-i aidiyyəti üzrə deyil, 717-si isə cari problemlərə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.