Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev və nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri olmuşdur

10-11 iyun 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev və nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri olmuşdur.

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin rəhbəri Vasif Talıbovla görüş olmuşdur. Səmimi şəraitdə keçən görüşdə səhiyyəyə dair bir sıra məsələlər ətraflı müzakirə olunmuşdur.

 

Daha sonra nazir və nümayəndə heyəti Naxçıvanda təşkil olunmuş “Şəkərli diabet və onun müasir aspektləri” mövzusuna həsr olunmuş elmi-praktiki konfransda iştirak etmişlər. Konfransı giriş sözü ilə acan nazir O.Şirəliyev Naxçıvanda yaradılmış hazırkı şəraitdən, əhaliyə göstərilən yüksək tibbi xidmətdən, bütün tibbi ləvazimatlarla təmin olunmuş yeni tibb müəssisələrindən söz acmışdır.

 

Konfransda Azərbaycan Respublikası Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov “Şəkərli diabetin müasir vəziyyəti” haqqında digər məruzəçilər isə “II tip diabetin müasir müalicə üsulları”, “Şəkərli diabet və xərçəng” “Şəkərli diabet və vərəm”, “Şəkərli diabetin diaqnostikası və onun ağırlaşmaları” mövzularında çıxışlar etmişlər.

 

Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Oqtay Şirəliyev Naxçıvan Diaqnostika mərkəzində, yeni açılmış doğum mərkəzində, onkoloji dispanserdə, Şahbuz rayon Mərkəzi Xəstəxanasında olmuş və orada əhaliyə göstərilən tibbi xidmətlə yaxından tanış olmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013