Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar dünyada olan nüfuzlu qurumların da diqqət mərkəzindədir

Azərbaycan Respublikasında sosial və səhiyyə sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlar dünyada olan nüfuzlu qurumların da diqqət mərkəzindədir.

 

Belə ki, 25 may 2011-ci il tarixdə Avropa Komissiyası (AK) Azərbaycan tərəfindən Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi haqqında Tərəqqi Hesabatını dərc etmişdir.

 

Hesabatın 7-ci bölümündə səhiyyə məsələləri belə işıqlandırılır: “Azərbaycan səhiyyə sahəsində, xüsusilə tibbi yardımın maliyyələşdirilməsi və tibbi sığorta sahəsində islahatlar davam etmişdir. 2010-cu ilin fevral ayında Avropa İttifaqı və Azərbaycan əvvəlki ilin A(H1N1) epidemiyasına qarşı mübarizə kontekstində, habelə təcili təxirə salınmaz və fövqəladə halların aradan qaldırılması, habelə epidemiyalara dair informasiya mübadiləsi rabitə kanalları yaratmışdır. Azərbaycan 2010-cu ildə Aİ Səhiyyə konfranslarında iştirak etmişdir.”

 

Qeyd edək ki, bir neçə ildir ki, Azərbaycan haqqında Avropa Komissiyasının Tərəqqi Hesabatlarında səhiyyə sahəsində olan yeniliklər və islahatlar obyektiv olaraq müsbət rəylə işıqlandırılır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

17/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013