Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi

İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı.

 

Daha sonra kollegiya katibi Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı,  “Əməkdar Həkim”  və “Əməkdar Müəllim”  medal və adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncamını səsləndirdi.

 

Daha sonra bir sıra tibb işçisinə  mükafat və hədiyyələr təqdim olundu.

 

Rəsmi hissə bitdikdən sonra Səhiyyə Nazirliyində bayram tədbiri düzənləndi.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi

17/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013