Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Avropa Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Avropa İttifaqı ilə Tərəfdaşlıq əlaqələri çərçivəsində Avropa Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinə dair bir sıra məsələlər müzakirə olunmuşdur.

 

Xatırladırıq ki, 25 may 2011-cu ildə Avropa Komissiyasının (AK) Azərbaycanın Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinə dair Tərəqqi Hesabatı dərc edilmişdir. Avropa Komissiyasının Azərbaycanın Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinə dair Tərəqqi Hesabatında səhiyyə sahəsində olan irəliləyişlər də göstərilmişdir.

 

Görüşdə Avropa Komissiyasının Avropa Parlamenti və Şurasına müraciətini müşayiət edən sənədin səhiyyəyə aid  bölməsinə daxil olan məsələlər müzakirə edilmiş və nazir O. Şirəliyev tərəfindən qonaqlara səhiyyədəki prioritet məsələlər haqqında geniş məlumat verilmişdir. Nazir Azərbaycanda səhiyyə sektorunun təşkilati strukturunun təkmilləşdirilməsi, keyfiyyətinin artırılması və səmərəliliyini yüksəltməyə yönəlmiş islahatlar, 2008-2012-ci illəri əhatə edən müddət üçün ölkədə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiqi konsepsiyasının icrasının davam etməsi haqda da qeyd etmişdir. Oqtay Şirəliyev əvvəlki illə müqayisədə Azərbaycanda səhiyyə sektoruna çəkilən xərclərin əhəmiyyətli dərəcədə artması, tikilib yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən yeni tikililər, infeksion xəstəliklərə qarşı  xüsusilə A(H1N1) qripinə qarşı mübarizəyə dair görülən bir sıra tədbirlər haqqında qonaqları məlumatlandırmış və onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

23/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013