Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bir həftədə 13763 müraciət daxil olub

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində 30.07.2018-05.08.2018-ci il tarixdə 13763 ümumi müraciət daxil olub. Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.

 

Miokard infarktı ilə müraciətlərin sayı 12, hospitalizasiya 12; insultla müraciətlərin sayı 52, hospitalizasiya 52; cərrahi xəstəliklərlə bağlı müraciətlərin sayı 112, hospitalizasiya 112, doğuşla bağlı müraciətlərin sayı 57, hospitalizasiya 57; zədə ilə bağlı müraciətlərin sayı 326, hospitalizasiya 307; 23 avtoqəza hadisəsi nəticəsində xəsarət alanların sayı 30, hospitalizasiya 25 olub.

 

Yay mövsümü başlayandan indiyədək BŞT və TTYS-na ilan sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya edilmişlər. Günvurma hallarının sayı 102 , hospitalizasiya 65, suda boğulma ilə bağlı müraciətlərin sayı 59, hospitalizasiya 18 olunub.

 

Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanalarına məlumat verilir.

 

7/08/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..