Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri artıq müəyyənləşdi. Belə ki, 22.06.2011-ci il tarixində laboratoriya işi, anesteziologiya-reanimatologiya və ümumi cərrahiyə ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 41 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 37 (90%) nəfəri uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları əczaçılıq, neyrocərrahiyyə və terapiya ixtisasları üzrə 29.06.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı 

24/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013